İqtisadiyyat

Həm Karapetyanla ortaqdır, həm azərbaycanlı oliqarxlarla

23-02-2016, 00:45

Şirkətin aktivləri 500 milyon dolları keçir.

Rusiya saytları daxili işlər naziri, general Vladimir Kolokoltsevlə Baş prokuror Yuri Çaykanın bizneslə məşğul olan oğlanları barədə yeni faktlar yayıb.

Virtualaz.org xəbər verir ki, confuz.ru portalında yer alan bu faktlara əsasən daxili işlər nazirinin oğlu, 32 yaşlı Aleksandr Kolokltsev «Stinkom» adlı sürətlə inkişaf edən developer şirkətinin partynorudur. Şirkətin aktivləri 500 milyon dolları keçir.

«Stinkom» şirkətinin ən məşhur layihəsi erməni milyarder Samvel Karapetyanın «Kaşir» şirkətlər qrupu ilə birlikdə inşa edilən «Yerevan Plaza» Ticarət Mərkəzidir. Habelə «Stinkom» Karapetyanın şirkəti ilə ortaq şəkildə Moskva metrosunun «Univesitet» stansiyasının yaxınlığında böyük ticarət kompleksi tikmək üçün ərazi icarəyə götürüb.

Samvel Karapetyanla Sarkisyan

Hüquqi şəxslərin Reyestrində yer alan məlumata görə Aleksandr Kolokoltsev İtaliyanın «İl Forno» restoranlar şəbəkəsinin Rusiyadakı ortağə «İl-Forno» ASC-nin səhmlərinin 33.4 faizinə də nəzarət edir Restoranlar şəbəkəsinin digər sahibi isə azərbaycanlı trio-oliqarxlar Qod Nisanov, Zarah İliyev və İlham Rəhimovun «Kiyevskaya ploşad» şirkəti ilə bağlı olan bir neçə şirkətin sahibi Oleq Yusupovdur.

Daxili işlər nazirinin oğlu «Stinkom» və «Taşir» şirkətləri vasitəsilə həm də Baş prokuror Yuri Çaykanın oğlu Artyom Çaykanın «Georesurs» şirkəti ilə partnyordur. Baş prokurorun oğlunun başqa çoxsaylı aktivləri də var və bunlar haqda bloqqer Aleksey Navalnının çəkdiyi filmdə bəhs edilmişdi. (Virtualaz.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]