Dünya

Dallasda gərginlik davam edir: beş polis öldürülüb

8-07-2016, 19:55
Dallasda gərginlik davam edir: beş polis öldürülüb
Dörd polisin ölümündə şühəli bilinən iki nəfər saxlanılıb, yerli polis məlumat yayıb.

Onlardan biri özü könüllü polisə təslim olub, digərini isə atışmadan sonra yaxalamaq mümkün olub. Onun saxlanıldığı yerdən bir qədər uzaqda şübhəli qutu aşkar olunub. hazırda onun partlayıcı olub-olmaması araşdırılır.

İki qaradərili insanın polis tərəfindən öldürülməsinə qarşı keçirilən etirazda 4 Dallas polisi snayperlə qətlə yetirilib, rəsmilər məlumat verib.

İnsident zamanı 11 polis əməkdaşına "pusqu üsulu" ilə atəş açılıb, Dallas Polis müdiri David Brown deyib.

Atəş, insanlar şəhər içərisində yürüş etdiyi vaxt açılıb.

Gərgin vəziyyət hələ də davam edir: verilən məlumatlara görə bir nəfər şübhəli saxlanılıb. Polis axtarışda olanlardan birinin fotosunu dərc edib.

Aksiya zamanı polislərin öldürülməsi ilə bağlı axtarışda olanlardan birinin fotosu dərc olunub.

Hadisə yerində gərgin vəziyyət hələ də davam edir

İnternetdə iki ağdərili polisin Baton Rouge şəhərində afroamerikana atəş açmasını əks etdirən video yayılandan sonra Louisiana ştatında çərşənbə günü etiraz başlayıb.

Tibbi ekspertizanın rəyinə əsasən 37 yaşlı Alton Sterling kürək və sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

İnsanlar iki qaradərili insanın polis tərəfindən öldürülməsinə etiraz edir

Növbəti gün internetdə növbəti, Minnesota ştatında digər afroamerikan, Philando Castile-nin ölümünü əks etdirən video yayılıb.

Prezident Barak Obama deyib ki, afroamerikanlıların polis tərəfindən öldürülməsi problemi bütün amerikalılara aiddir.


"Bu, yalnız qaradərili insanların problemi deyil. Bu, yalnız latınamerikalıların problemi deyil. Bu, amerika problemidir və biz hamımız onu həll etməliyik", o deyib (BBC).

***

 ABŞ-ın Dallas şəhərində iğtişaşlarda ölən polislərin sayı beşə çatıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]