Kriminal

Tovuzda qadın amansızlıqla qətlə yetirilib

21-09-2016, 01:52
Tovuzda qadın amansızlıqla qətlə yetirilib

Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Xeberman.com məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.  

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.  

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]