Dünya

PKK terror təşkilatı Türkiyənin Cizrə və Şırnak vilayətlərini ələ keçirməyi planlaşdırır.

23-10-2015, 18:30
PKK terror təşkilatı Türkiyənin Cizrə və Şırnak vilayətlərini ələ keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, Türkiyə kəşfiyyatı Suriya ilə sərhəddə 400 PKK və YPG-çinin yerləşdiriləcəyini, əmr verilən kimi bu qrupun sərhədi keçəcəyini bildirib.

YPG-çilərin xəndək qazıb hökumət binalarına bombalı hücum təşkil edəcəyi qeyd edilib. Bundan əlavə, PKK-nın qeyd edilən torpaqlara bayraq sancıb, bütün dünyaya Cizrəni ələ keçirdiyini bəyan etməyi planlaşdırdığı vurğulanıb.
Türkiyə kəşfiyyatından verilən məlumatda isə bölgədə təhlükəsizlik tədbirlərini ciddi şəkildə artırıb, terrorçulara ağır zərbə vurulacağı bildirilib.
Qeyd edilir ki, PKK bu ilin 7 iyunundan sonra Cizrəni ələ keçirmək planlarını 1 noyabr tarixinə kimi təxirə salıb. Türkiyədə növbədənkənar seçkilərin nəticəsi necə olursa-olsun, PKK bütün gücü ilə hücum edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]