Siyasət

Türkiyədə çevriliş edən silahlı qrupun adı bilindi - Yurdda Sülh Konseyi - Fövqəladə vəziyyət elan edildi

16-07-2016, 01:35
Türkiyədə dövlət çevrilişi həyata keçirdiyini bəyan edən silahlı konseyin adından TRT-də və digər televiziyalarda açıqlamalar oxunub. Orada bildirlilr ki, Türkiyəyə xəyanət edən iqtidar devrilib və bütün yetkililər Yurdda Sülh Konseyi üzərinə keçib. Konsey adından, Türkiyədə küçəyə çıxma yasağı və fövqəladə vəziyyət elan edilib. 


Lakin Türkiyənin əksər özəl televiziyaları fəaliyyətlərini davam etdirilər. Görünən budur ki, hərbi çevriliş təşəbbüsü həyata keçirən və özünü Yurdda Sülh Konseyi adlandıran qrup kifayət qədər kiçik qrupdur və bütün Türkiyəni əhatə etnməyə gücü yetmir. 

Türkiyənin prezident Sarayından yapılan açıqlamada isə bildirilir ki, prezident ərdoğan təhlükəsiz yerdədir. Lakin maraqlı olan budur ki, Türkiyə rəhbərliyi operativ olaraq , olaya reaksiya vermir. 

Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, bu bir xunta təşəbbüsüdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]