Dünya

Pakistanın yeni prezidenti seçildi

4-09-2018, 23:17

Pakistanın hakim partiyası olan “Texrik-e-İnsaf”ın (Ədalət üçün hərəkat) namizədi Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Geo” TV səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən məlumat verib.

Seçkilər federal parlamentdə və dörd əyalət assambleyasında yerli vaxtla 10-dan 16-yadək keçirilib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanması gözlənilir.

Ölkə prezidenti postu uğrunda üç namizəd mübarizə aparıb: Arif Alvi, Pakistan Xalq Partiyasından Aizaz Axsan və müxalif birləşmələrin nümayəndəsi Maulana Fazl-ur-Rahman.

Administratorla əlaqə

077 611-55-22

[email protected]