Dünya

Pakistanda partlayış: 37 ölü – YENİLƏNİB

24-06-2017, 00:21

Pakistanın Paraçinar şəhərində bazarda baş verən iki partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Xeberman.com APA-ya istinadən verdiyi xəbərə görə, 150 nəfərin yaralandığı bildirilir.

Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

10:09

Pakistanın Bəlucistan əyalətində partlayış baş verib, nəticədə ən azı altı nəfər ölüb.

Oxu.Az bu barədə Geo TV-yə istinadən xəbər verir.

Qeyd edilir ki, partlayış Kvetta şəhərində əyalət polis idarəsinin rəisinin ofisi yaxınlığında baş verib.

Partlayış zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]