Dünya

Fransadakı seçkilərin ilkin nəticələri açıqlandı - Yeniləndi

11-06-2017, 23:07

Bu gün Fransada parlament seçkilərinin ilk turu keçirilir.

Axar.az xəbər verir ki, yerli vaxtla səhər saat 08.00-da Fransada seçki məntəqələri açılıb. Parlamentin aşağı palatası olan Milli Assambleyanın 577 deputatını müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 7 min 882 namizəd mübarizə aparır. Seçkilərdə təxminən 47 milyonadək seçicinin səs verəcəyi gözlənilir.

Seçkilər fövqəladə vəziyyət rejimi şəraitində keçirilir. 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarm təhlükəsizliyin təmin edilməsi üçün xidmət göstərəcək.

Qeyd edək ki, Fransada parlament seçkilərinin 2-ci turu iyunun 18-də keçiriləcək.

***

14:12

Fransa Daxili İşlər Nazirliyinin yerli vaxtla 13:00-a olan məlumatına görə, seçicilərin 19.24 faizi səsvermədə iştirak edib.

***

Fransa Prezidenti Emmanual Makron Tuke meriyasına gələrək səs verib.

22:41

Fransa keçirilən parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, “Ipsos/Sopra Steria” şirkətinin hesablamalarına görə, “İrəli, respublika” hərəkatı 32,9 faiz səslə irəlidədir. Onlar yeni parlamentdə 390-dan 430-dək yerə sahib ola bilərlər.

Respublikaçılar 21 faiz, Milli Cəbhə 14 faiz, Sosialist partiyası isə 9,7 faiz səs toplayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]