Dünya

BMT TŞ İrana qarşı bir neçə məhdudiyyəti 10 il müddətinə saxladı

17-01-2016, 08:59
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın "altılıq” ilə əldə olunan saziş üzrə müddəaları yerinə yetirməsi barədə yazılı təsdiqi BMT Təhlükəsizlik Şurasına təqdim edilib.

APA-nın verdiyi xəbərə görə, qeyd olunan prosedur 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqinə dair BMT TŞ-də qəbul olunan bütün qətnamələrin ləğv edilməsini nəzərdə tutur.

BMT TŞ-in iyulun 20-də İranın nüvə proqramı üzrə sazişin dəstəklənməsinə dair qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, AEBA-dan müvafiq bildiriş daxil olduqda, 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqi barədə qəbul olunan bütün qətnamələr ləğv edilir.

Qeyd edək ki, 2231 saylı qətnamə əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur.

Belə ki, İrandan silah ixracına qoyulan qadağa bundan sonra beş il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək.

Bundan başqa, İrana 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməsi tövsiyə edilir.

Qeyd olunan qətnamədə, İranın sövdələşməni pozduğu halda, əvvəlki məhdudiyyətlərin tətbiqinin bərpa edilməsi mexanizmi nəzərdə tutulub.

Qeyd edək ki, BMT TŞ-in beş daimi üzvü 2025-ci ildə sanksiyaların tətbiqinin bərpası mexanizminin daha 5 il müddətə uzadılması məsələsinə təkrar baxılmasına dair artıq razılığa gəliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]