Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqladı – Krım unuduldu?

15-12-2015, 21:13
ABŞ Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqladı – Krım unuduldu?Ukraynaya dair Minsk anlaşması nə qədər tez reallaşsa, bir o qədər tez Rusiyaya qarşı sanksiyalar aradan qalxar.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Moskvada prezident Vladimir Putinlə görüşündən sonra bəyan edib.

“Onu da qeyd eləmək istəyirəm ki, Ukraynaya dair Minsk anlaşması ilə bağlı implementasiya kontekstində addımlar atmaq və Ukraynada konflikti həll eləmək üçün səyləri davam etdirmək lazımdır. Biz razılığa gəldik ki, anlaşdığımız məsələlər üzrə ikitərəfli qiymətləndirmələri davam etdirək. Həmçinin, Minsk anlaşması nə qədər tez reallaşsa, bir o qədər ABŞ və Avropa Birliyinin sanksiyaları tez ləğv ediləcək” – əlavə edib ABŞ xarici siyasət idarəsinin başçısı.

Qeyd edək ki, Minsk anlaşması əsasən Donbasdakı böhranın həlli ilə bağlıdır və Krım məsələsini özündə ehtiva eləmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]