Dünya

Səudiyyə Ərəbistanı İran səfirliyini raketlə vurdu

7-01-2016, 12:03
İran, Yəməndə yerləşən səfirliyinin Səudiyyə Ərəbistanının raketləri tərəfindən vurulduğunu bəyan etdi.

Xeberman.com  xəbər verir ki, bu barədə məlumat AFP-də yer alıb.

İranın Xarici İşlər Nazrliyindən verilən açıqlamada Səudiyyə Ərəbistanından atılan raketlərlə Yəməndə yerləşən səfirliklərin bilərəkdən vurulduğu və səfirliyin işçilərinin yaralandığı bildirilib.

Xarici İşlər Nazirliynin sözçüsü Hüseyn Cabir Ənsari hadisənin nə zaman baş verməsi barəsində məlumat verməsə də, yaralıların həyatının riskdə olmasına görə Səudiyyə Ərəbistanın məsuliyyət daşıdığını qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]