Xəbərlər / Siyasət

KXCP sədri Mirmahmud Mirəlioğlunun Ramazan bayramı Təbriki

4-06-2019, 02:48
KXCP sədri Mirmahmud Mirəlioğlunun Ramazan bayramı  TəbrikiXeberman.com-un verdiyi məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlu Novruz Bayramı münasibəti ilə Azərbaycan Xalqını təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər! Sizi, müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda ALLAH və yaratdıqları qarşısında vəzifələrini yerinə yetirməklə, öz nəfsləri üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan ayında Millətimiz, Ümmətimiz, Dövlətimiz və Şəhidlər adına edilən duaların qəbuluna ALLAHın vədi var. İnanıram ki, bu müqəddəs Ramazanda etdiyiniz dualar Tanrı dərgahında qəbul olunacaq. Əziz bacılar!

Hörmətli qardaşlar! Duaların qəbul olunduğu bu əziz günlərdə, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram! ALLAH orucunuzu və dualarınızı qəbul etsin! Müqəddəs torpaqlarımızı və əcdadlarımızın son məkanlarını azad etmək və Bütöv Azərbaycan arzusu ilə:

Mirmahmud Mirəlioğlu Klassik Xalq Cəbhəsi Partiyasının sədri

Administratorla əlaqə

077 611-55-22

[email protected]