Siyasət

İqbal Ağazadə xalqı Novruz bayramı münasibətilə təbrik etdi

19-03-2018, 17:53

Ümid Partiyasının sədri İqbal Ağazadə xalqı Novruz bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlərim!

Sizi xalqımızın əziz bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz, ən qədim dövrlərdən bəri, xalqımızın sevinc, şadlıq bayramı olmuşdur. Hər bir evə bayram ovqatı, xoş əhval ruhiyyə bəxş edən bu bayramda ölkəmizdə siyasi mühitin dəyişməsini, iqtisadi həyatıın, sosial vəziyyətin yaxşılaşmasını, ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olmasını diləyirəm.

Bir daha Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, xoş bayram əhval-ruhiyyəsi arzulayıram.

Bayramınız mübarək!"

Administratorla əlaqə

077 611-55-22

[email protected]