Gündəm

KXCP sədri Azərbaycan Xalqını təbrik edir

17-03-2017, 23:00


Xeberman.com-un verdiyi məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlu Novruz Bayramı münasibəti ilə Azərbaycan Xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Hörmətli Bacılar və Qardaşlar!

Min illərin yaddaşından, gələn Novruz Bayramınız mübarək!

Bahar Bayramı Xalqımızın tarixə bəxş etdiyi ümum bəşəri bayramlardan biridir.

Bahar Bayramının kimin olması deyil, kimin bu bayramdan daha çox yararlanması önəmlidir.

Min illik tarixə malik Bahar Bayramının Azərbaycanda qeyd olunmasının yasaqlandığı vaxtlar da olmuşdur. Bahar Bayramını, milli ənənələrimizi, törələrimizi bərpa etməyə görə də, şəhidlər vermişik. Ötən əsrin 60-cı illərinin sonunda Bahar Bayramını yüksək səviyyədə qeyd etdiyinə görə, Şıxəli Qurbanov qətlə yetirilmişdir.

Milli, dini Bayramlarımız Milli Dirçəliş yolunda qürur mənbəyi olmuşdur.

Torpaqlarımızın azad olunacağı, Bahar Bayramının Bütöv Azərbaycanda qeyd olunacağı gün uzaq deyil. ..

2016-cı ilin Aprel Şəhidləri bu günün qələbə pasportlarıdır.

Bayramınız mübarək!

Əziz həmvətənlər!

Hörmətli Bacılar !

Əziz qardaşlar!

Bir daha, hər birinizi Bahar Bayramı münasibəti ilə ürəkdən təbrik edir, bütün ailələrə xoşbəxtlik, ruzi bərəkət, Xalqımıza firavan gələcək, qələbə arzulayıram”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]