Gündəm

KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Xalqın təbrik edib.

16-11-2016, 17:18

KXCP sədri Mirmahmud Mirəlioğlu  Azərbaycan Xalqın təbrik edib.


 Xeberman.com-un verdiy məlumata görə, 17 noyabr Milli Dirçəliş Gününün  28-ci ildönümü  ilə əlaqədar  KXCP sədri Mirmahmud Mirəlioğlu  Azərbaycan Xalqın təbrik edib.

 

 

Təbrikdə deyilir: 

 

"Əziz həmvətənlər!

Hörmətli Xanımlar və Bəylər!

Sizləri Xalqımızın şanlı tarixi - 17 noyabr Dirçəliş Günü münasibəti ilə təbrik edirəm! Torpaqlarımızın, Vətənimizin Bütövlüyü , Azadlığı və Müstəqilliyi yolunda şəhid olanlara ALLAHdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!

Əsrlərlə davam edən çar - sovet rus işğalından qurtulmaq Azərbaycan insanının ən mühüm arzu - niyyəti idi. İSTİQLALımıza qovuşmağın başlanğıcı olan, 17 noyabr - Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu və reallaşdırılmasının başlandığı gündür. Bu gün, şəhidlərimizin qanı, millət böyüklərinin fədakar mübarizliyi və dövlət düşüncəsinin nəticəsidir.

17 noyabrdan başlanan Milli Dirçəliş - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə nəticələndi. İnşallah, Bütöv, Demokratik, Azad Azərbaycanda yaşamaq hər birimizin nəsibi olsun.

Şəhidlərin qanını yerdə qoymayaq!

Qazimizə sahib duraq!

Bayramınız mübarək olsun!

Administratorla əlaqə

077 611-55-22

[email protected]