Xəbərlər / Təhsil / Maraqlı

BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

14-05-2019, 21:00
Xeberman.com-un verdiyi məlumata görə, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberg Bakı Dövlət Universitetində olub.

Rektor Elçin Babayev universitet haqqında məlumat verib, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə İsrail universitetləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Avital Rosenberg universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib və səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.

Görüşdə tələbə-müəllim mübadiləsi, təbiət elmləri sahəsində birgə layihələrin hazırlanması barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğu vurğulanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]