Xəbərlər / İslam

Kəbə yaxınlığında cadugər yaxalandı – Video

22-06-2018, 12:15

Məkkədə hüquq-mühafizə orqanları Kəbə yaxınlığında- Məscid -ul-Həramda sehrbazlıq əşyaları olan bir sehrbaz yaxalayıblar.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, həmin şəxs həyat yoldaşı ilə birgə cadu ilə məşğul olub.

Səudiyyə Ərəbistanında okkultizm cinayət hesab edilir. Hadisə yerində çəkilən videoda bir neçə şeyxin tutulan şəxsin əlindən alınan əşyalarla edilmiş “cadunun neytrallaşdırmasıyla” məşğul olduğu görünür.

Hadisə media məkanında böyük rezonans yaradıb. Səudiyyə KİV-in verdiyi məlumata görə, yaxalanan cadugərlər(?) sufi təriqətlərindən birinə mənsub olduğu iddia edilən Sudan vətəndaşlarıdır. Onlar Məkkəyə ümrə (kiçik həcc) ziyarətini yerinə yetirmək üçün gəldiklərini bildiriblər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]