Dünya

İran həcclə bağlı Səudiyyəyə ultimatum verdi

14-05-2016, 12:41

İranın Həcc və Ziyarət idarəsinin rəsmi nümayəndəsi Səid Ohədi həcc ilə bağlı Səudiyyəyə ultimatum verib.

 

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Səudiyyə 10 gün ərzində həcc mərasiminin keçirilməsinə dair yanaşmasını dəyişməsə, rəsmi Tehran böyük həcc ilə bağlı yekun qərarın verilməsi üçün həccin ali şurasının təcili iclasını çağıracaq.

 

"10 gün bundan əvvəl biz Səudiyyənin həcc ziyarətinin təşkil edilməsində səriştəsizliyə yol verməsi ilə bağlı İslam Əməkdaşlığı təşkilatının baş katibinə məlumat vermişik. Biz müraciətimizdə Səudiyyənin konkret addımlar atmasına məcbur edilməsini istəmişik. Səudiyyə zəvvarların təhlükəsizliyinin təmin edilməsi üçün verdiyi vədləri yerinə yetirmir. Səudiyyənin həcc nazirini həcc mərasiminə 2 ay qalmış vəzifəsindən kənarlaşdırılması vəziyyəti daha da ağırlaşdıracaq", - deyə o bildirib.

 

Qeyd edək ki, ötən il həcc mərasimində Səudiyyə rejiminin səhlənkarlığı nəticəsində 2426 zəvvar həlak olub. Deyerler.org


İran həcclə bağlı Səudiyyəyə ultimatum verdi

Administratorla əlaqə

077 611-55-22

[email protected]