Dünya

Məkəni yandırmaq istəyən şəxs tutuldu - Video

7-02-2017, 22:28

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. Təqdim edilən video-görüntülərdə əlində maye ilə dolu butulka olan şəxsin mühafizəçilər tərəfindən tutularaq həyəcanlanmış ziyarətçilər arasından kənara çıxarılması görünür. Məscidin təhlükəsizlik xidmətinin rəisi Sameh əl-Silminin sözlərinə görə, yaxalanmış şəxs 40 yaşlarında bir kişidir.Görünür, o, özünü də yandırmağı planlaşdırıbmış. Çünki yaxalananadək üst-başına da benzin tökməyi bacarıb. Xidmət rəisi bədəməl şəxsin psixi xəstə ola biləcəyini güman etdiyini bildirib.
Digər bir mənbənin verdiyi məlumata görə isə Kəbəni yandırmağa cəhd edən cani təkfirçi cərəyanlardan birinə mənsub olub.
Əsl gerçək isə araşdırmalardan sonra üzə çıxacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]