Əsas Səhifə / İqtisadiyyat

Natiq Əliyev Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Energetika Nazirliyində olub.

30-09-2016, 11:48
Natiq Əliyev Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Energetika Nazirliyində olub.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın Xeberman.com-a verdiyi məlumata görə, Azərbaycan energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişaf istiqamətləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrində enerji amili prioritet kəsb edir. Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulması istiqamətində IGB (Interconnector Greece-Bulgaria) interkonnektorunun tikintisi, SOCAR-ın "Bulqartransqaz" və "Bulqarqaz" şirkətləri ilə əməkdaşlığı mühüm addımlar kimi qiymətləndirilib.

Azərbaycanı Bolqarıstanın etibarlıstrateji tərəfdaşı kimi xarakterizə edən Jeçko Stankov ölkəsinin Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəqlində maraqlı olduğunu qeyd edib. O, enerji diversifikasiyasının vacibliyi, Bolqarıstanın tranzit imkanları və enerji sahəsində həyata keçiriləcək yeni layihələr, eləcə də dəyəri 1,4-15 mlrd.avro civarında olan  "Balkan" qazpaylayıcı mərkəzinin yaradılması perspektivləri barədə fikirlərini bölüşüb.

Qonaqlara Avropaya qaz tədarükünün şaxələnməsində əhəmiyyətli rola malik "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı son məlumatlar çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]