Əsas Səhifə / Xəbərlər

Natiq Əliyev Dövlət Departamentinin nümayəndəsini qəbul edib

16-12-2016, 00:10

Natiq Əliyev Dövlət Departamentinin nümayəndəsini qəbul edib

Nazirliyin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika naziri Natiq Əliyev Cənub Qaz Dəhlizi layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, qonaqlara Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
A.Hokstayn isə bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək.

Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]