Əsas Səhifə / Xəbərlər

Təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır.

13-06-2016, 11:23

"Azəravtoyol" ASC-dən Xeberman.com –a verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayiət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.

Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]