Ölkə

Daşkəsəndə güclü qasırğa: dağıntılar var - Foto

14-11-2015, 15:22
Daşkəsəndə güclü qasırğa: dağıntılar var - Foto

Daşkəsən rayonunda güclü qasırqa baş verib.

Report-un məlumatına görə, gecə saatlarında baş verən təbii fəlakət nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik tərsərrüfatına ciddi ziyan dəyib.

Şəhər İncəsənət məktəbinin inzibati binası, S.Vurğun küçəsi 2 nömrəli və Ş.İ.Xətai küçəsi 4 nömrəli yaşayış binalarının dam örtüklərini taxta konstruksiyalarla birlikdə külək tamamilə yerə atıb.

Evlərinə ciddi ziyan dəyən Səməd Vurğun küçəsi 2 nömrəli binanın 12 mənzilinin 34 sakini, Şah İsmayıl Xətai küçəsi 4 nömrəli binanın 27 mənzilinin 83 sakini, Səməd Vurğun küçəsi 7 ünvanında yerləşən yataqxana binasının isə 31 mənzili 78 sakini müvəqqəti olaraq Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Külək nəticəsində şəhərin eletrik xətlərinədə ziyan dəyib. Hazırda şəhərin işıqsız qalan ərazılərinə elektikin bərpası üçün iş aparılır. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün rayonun aidiyyati qurumları tərəfindən təmizləmə işləri görülür.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayona dəyən ziyanı hesablamaq üçün araşdırma aparırlar.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]