Əsas Səhifə / İqtisadiyyat

Samir Şərifov IX Astana İqtisadi Forumunda iştirak edib

25-05-2016, 18:35

Samir Şərifov IX Astana İqtisadi Forumunda iştirak edib
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com -a bildiriblər ki, Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) Baş sərəncamçı direktoru xanım Kristin Laqardın sədrliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində S.Şərifov BVF-nin Baş sərəncamçı direktoru xanım Kristin Laqard ilə görüşüb. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədilə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib.

Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazımi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]