İqtisadiyyat

Kəskin devalvasiya təklifini Samir Şərifov verib – təfsilat

2-01-2016, 23:30
Kəskin devalvasiya təklifini Samir Şərifov verib – təfsilat
 
 
Devalvasiya lə bağlı müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri Samir Şərifov tutub. Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib.  Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. 

Mənbənin məlumatına görə, devalvasiyadan öncə maliyyə blokuna daxil olan şəxslərin toplantısı keçirilib: Toplantıda Mərkəzi Bankın sədri Elman Rüstəmov yumuşaq devalvasiya təklif edib – 1 dollar 1 manat 15 qəpik.  E.Rüstəmov təklifini hərtərəfli əsaslandırıb, yəni həm iqtisadi, həm maliyyə, həm də sosial baxımdan. Ancaq maliyyə naziri Samir Şərifov Neft Fondunun itkilərini əsas götürürərək 1 dolların 1 manat 55 qəpik  olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra Samir Şərifovun təklifi qəbul edilib, E.Rüstəmov isə başını bulayaraq toplantını tərk edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]