Əsas Səhifə / İslam

Bu gecə Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümüdür

26-05-2019, 17:43
Bu gecə, mübarək Ramazan ayının 21-ci gecəsi, Həzrəti Əlinin (ə) şəhid olduğu gecədir. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.

Xeberman.com-un məlumatına görə, hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.

Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda bu gecə məsum İmamın şəhid olan gecə kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də məscidlərdə Qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, imamları üçün əzadarlıq məclisləri keçirir. Əza məclislərində İmam Əlinin (ə) saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdiyi xidmətlərdən söz açılır.
Xeberman.com bu hüznlü hadisə ilə əlaqədar bütün dünya müsəlmanlarına başsağlığı verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]