Xəbərlər / İslam

Bu gecədən Ramazan ayı başlayır - Təqvim + CƏDVƏL

5-05-2019, 18:44
Bu gecədən Ramazan ayı başlayır - Təqvim + CƏDVƏL
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvaya görə, bu il Ramazan ayının başlanma tarixi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir.

Qafqaz Müsəlmanları İdarəsindən Xeberman.com-a verilən təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.
Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).

Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.


Administratorla əlaqə

077 611-55-22

[email protected]