Əsas Səhifə / İslam

Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud günüdür

19-03-2017, 23:36
Bu gün hicri-qəməri tarixi ilə cəmadius-sani ayının 20-si Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalmış övladı və nəslinin davamçısı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Həzrət Xanım Fatimənin (ə) mövlud tarixidir.
Həzrət Fatimə (ə) Məhəmməd ibn Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən beş il sonra dünyaya göz açıb.
Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrət Fatimə (ə) istisna olmaqla onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat edib. Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (ə) övladları ilə davam edib.
Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu mövzuya Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.
Qurani-kərimin “Kövsər” surəsi Xanım Fatimənin (s) şəninə nazil olub. Surədə deyilir ki, bəzi bütpərəstlər Həzrət Məhəmməd peyğəmbəri (s) övladı olmadığına görə töhmətləndirir və ona "sonsuz" deyirdilər. Böyük Allah Məhəmməd peyğəmbərə (s) Həzrət Fatiməni (ə) verir. “Biz sənə çoxlu xeyir verdik, buna görə namaz qılıb qurban kəs və bil ki, sənə töhmət vuranlar özləri sonsuzdurlar” buyuraraq "Kövsər" surəsini nazil edir.
Həzrət Fatimənin (ə) uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət Peyğəmbər (s) həyat yoldaşı Həzrət Xədicəni (ə) itirir. Bundan sonra Fatimeyi-Zəhranın (ə) öhdəsinə düşən məsuliyyət daha da artır.
Balaca Fatimə (ə) müşriklərin atasına verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim atasının yanında olur. Məhz buna görə Həzrət Məhəmməd peyğəmbər (s) qızını “atasının anası” deyə səsləyərdi.
İmamlar anası Həzrət Fatimeyi-Zəhra (ə) 18 yaşında ikən Peyğəmbərin (s) vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı Həzrət İmam Əli (ə) müxaliflər məzarın yerini bilməsinlər deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də Xanım Fatimənin (ə) məzarının yeri bu gün də naməlum olaraq qalır

Administratorla əlaqə

077 611-55-22

[email protected]