İslam

Qədr gecəsindən sonra ən fəzilətli gecə

21-05-2016, 12:51

Bu gecə mübarək "Nimeyi-Şaban" daxil olur.

Bu gecə - may ayının 21-i şam azanından sonra (günəş batdıqdan sonra) Qəməri təqvimi ilə şaban ayının 15-i - mübarək Nimeyi-Şəban bayramı daxil olur. Hədislərə əsasən bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir.

SalamNews-in məlumatına görə, bu ayın ən fəzilətli vaxtı "Nimeyi-Şaban” bayramıdır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır.

Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir.

Tövsiyyə olunur ki, bu gecə gecə insan qüsl etsin, gecəni səhərədək oyaq qalsın, ilahi övliyaları ziyarət etsin. Bu gecəyə digər özəllik verən də dövrümüzün imamı Həzrət Mehdinin (ə.f) mövlududur. Belə ki, İmam Mehdi (ə) miladi 878-ci ilin bu gecəsində İraqın hazırkı Samirrə şəhərində anadan olub.

Bu gecənin əməlləri savabla yanaşı insana həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşı olar ki, İmam Hüseyni(ə) sonra isə İmam Mehdini(ə) uzaqdan ziyarət etsin, salamlasın.

İnsan həyatı boyu gərək ayıq yaşasın, özünün və cəmiyyətin islahı, rifahı üçün çalışsın ki, İmam Mehdinin(ə.f) zühuru yaxınlaşsın və dünyada sülh, əmin-amanlıq bərqərar olsun. Nə qədər ki, insanlar özlərini düşünür, dünyada ədalət hakim ola bilməz. İnsan dua edərkən, ilk öncə başqalarının rifahını istəməlidir, başqalarını özündən daha çox düşünməlidir.

Şəban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır.

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

3. Kumeyl duasını oxumaq

4. İmam Hüseynin (ə) ziyarəti

Bu gecənin digər xüsusi əməllərini yerinə yetirmək istəyənlər "Məfatihul-Cinan" kitabına müraciət edə bilərlər


Administratorla əlaqə

077 611-55-22

[email protected]