Əsas Səhifə / Media

Əflatun Amaşovun himayə etdiyi «obyektlər»-SİYAHI

12-03-2015, 08:41
Əflatun Amaşovun himayə etdiyi «obyektlər»-SİYAHI
Ötən gün söz vermişdim ki, Azərbaycanda mətbuatın adına iddia edən, onun problemlərinin həllini «üzərinə» götürmüş Mətbuat Şurası adlı bir QHT-nin nəzarətində xeyli sayda qazanc yerləri var. Dövlət başçısı ilə birlikdə bir neçə tədbirə qatılıb, bir-iki fotoşəkil çəkdirmiş Əflatun Amaşov və əyan-əşrəfi isə bundan sui-istifadə edərək,onların sözləri ilə hesablaşmayanları ağıllarınca «cəzalandırırlar».

Əvvəla, prezidentlə fotoşəkil çəkdirmək, eyni tədbirdə iştirak etmək kimsəyə xüsusi imtiyaz vermir. Vaxtıyla Əli İnsanov, Fərhad Əliyev və digərləri də dövlət başçısının nəinki yanındaydılar, hətta komandasında təmsil olunurdular. Lakin etdikləri əməldən dolayı həbs olundular, bəziləri azadlığa çıxdı, bəziləri hələ də həbs həyatı yaşayırlar. Yəni, Əflatun Amaşov da o düşüncədə olmasın ki, onun adlarını sadaladıqlarımız şəxslərdən hər hansı bir üstünlüyü var.

Bu biçarələr, əndazələrini o qədər aşıblar ki, özlərinə «Reket Komissiyası», «Qara siyahısı», «ala bəzək kitabçalar» və sairələr təşkil ediblər. Elə zənn etməyin ki, bu işləri görmək mətbuata olan canyananlıqlarından irəli gəlir. Əksinə, bütün bunlar mətbuata təzyiq etmək, təsir göstərmək və bu yolla pul qazanmağa xidmət edir.

Nəzərinizə çatdırım ki, Azərbaycanın mövcud qanunvericiliyinə əsasən heç bir qurum, hətta hüquq mühafizə orqanı belə vətəndaşı cinayətkar, reket adlandıra bilməz. Bunun üçün məhkəmə tərəfindən fərdin təqsiri isbat olunmalı və ardından da qərar lazımdır. Əks təqdirdə, bu iddianı irəli sürən şəxs məsuliyyət daşıyır. Amma Əflatun Amaşov üçün nə məhkəmə qərarı var, nə də məhkəməni sayan. Heç vətəndaşın təqsirsizlik prezumpisiyası da onun üçün əhəmiyyətli deyil.

Lakin görünür indiyə qədər heç bir mətbuat orqanının rəhbəri özündən müştəbeh bir qurumun qarşısına çıxmağı ya özünə rəva bilməyib, ya çəkinib, ya da arzulamayıb. Fəqət, mən haqqımı qorumaq üçün kimsədən çəkinmək fikrində deyiləm. O səbəbdən də Əflatun Amaşovu məhkəməyə verib, ondan və rəhbəri olduğu QHT-dən tələb edəcəm ki, mənim «cinayətkar» olduğumu sübut etsinlər.

Həqiqətən də mənim bu adama yazığım gəlir. Dünən verdiyi açıqlamasını oxuyuram. Adam indiyə qədər aydınlaşdıra bilməyib ki, «reket» sözünün məcazisi, o yanı, bu yanı yoxdur. Reketlik sahələr üzrə dəyişsə belə, mahiyyəti dəyişmir. Və Azərbaycan qanunvericiliyinə görə, bu işlə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. İndi mənə maraqlıdır ki, kimin qarşısını kəsmişəm, kimi şantaj etmişəm, kimdən pul tələb etmişəm? Və bu zavallı yığını məhkəmədə nə cavab verəcək, o da mənə maraqlıdır.

Vəd etdiyim siyahını diqqətinizə çatdırmazdan əvvəl bir faktı qeyd edim. Əflatun Amaşovun «qardaşımız»dır deyib, mətbuatdan haqqında yazılmış yazıları çıxardılmasını xahiş etdiyi adamların artıq ikisi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaqdan sonra həbs olunublar. Görünür, ona-buna şər atmağa adət etmiş Amaşovun qardaşlıqları elə korrupsionerlərdir.

Və bu da siyahı. Onu da nəzərinizə çatdırım ki, siyahıda adları çəkilən qurumların böyük əksəriyyəti ilə bağlı yazıların çıxarılması şəxsən Əflatun Amaşovun adından bizdən xahiş edilib və bu hələ tam deyil:

İcra başçıları:

- Beyləqanın icra başçısı Vaqif Abdullayev.
- Ağdamın icra başçısı Raqub Məmmədov.
- Salyanın icra başçısı Tahir Kərimov.
- Goranboyun icra başçısı Nizaməddin Quliyev.
- Samuxun icra başçısı Alı Qocayev.
- Ağcabədinin icra başçısı Şahin Məmmədov.
- Masallının icra başçısı Rafil Hüseynov.

Təhsil ocaqları:

- Gəncə Dövlət Universiteti və onun rektoru Yusif Yusifov.
- Təfəkkür Universiteti və onun rektoru Müşfiq Atakişiyev.
- Bakı Biznes Universiteti.
- Quba Sosial-İqtisad Kolleci.
- Oğuz rayon Təhsil Şöbəsi.
- Azərbaycan Müəllimlər İnstitutu və onun yerli filialları.
- Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov.

Bu sırada kolleclərin sayının 18 olduğuna dair məlumatlar var. Onların adları dəqiqləşdirilir.

Ayrı-ayrı sahələr:

- Ağdam Sosial Müdafiə Mərkəzinin sabiq direktoru Elman Əliyev. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaldırdığı cinayət işi ilə əlaqədar həbs olunub.
- Dəmir Bank.
- Qax Mədəniyyət və Turizm İdarəsi.
- Maliyyə nazirinin müavini Cavanşir Yusifov.
- Kapital Bankın Ağdam filialının müdiri...

Davamı olacaq…


Fikrət Fəraməzoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]