Gündəm

Eldar Mahmudovun həbs olunmamasının sirri

9-03-2016, 22:46
Eldar Mahmudovun həbs olunmamasının sirri

Keçmiş MTN şefi xaricə hansı informasiyaları ötürüb?

MTN işi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, keçmiş MTN şefi Eldar Mahmudovun hələ də həbs olunmaması heç də onun hansı qüvvələr tərəfindən himayə olunması, yaxud həbsinə ciddi əsas tapılmaması ilə bağlıdır. Mənbənin sözlərinə görə, Eldar Mahmudovun həbsi əsas kifayət qədərdir.

"Onun hansısa qüvvələr tərəfindən himayə olunmasına gəlincə isə belə olsaydı, Eldar Mahmudov çoxdan ölkədən çıxarılmış. O faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Əgər o, əvvəllər qohumları ilə əlaqə saxlayıb, onların xeyir-şər məclislərindən iştirak edə bilirdisə, indi bu mümkün deyil. Hətta ona mobil rabitədən istifadə etmək belə qadağan olunub”,- deyə mənbə əlavə edib.

Mənbənin sözlərinə görə, Eldar Mahumdovun taleyi də bu araşdırmaların yekunundan asılı olacaq: "MTN şefinin xaricə hansısa faktları və informasiyaları ötürdüyü üzə çıxarsa, onun həbsi bir qədər də yubana bilər. Lakin bu ehtimallar təsdiqini tapmazsa keçmiş MTN şefi də həbsxanaya göndəriləcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]