Əsas Səhifə / Ölkə

YAP-ın Şəmkir rayon təşkilatında növbəti tədbir keçirilib

23-01-2015, 15:03
YAP-ın Şəmkir rayon təşkilatında növbəti tədbir keçirilib
Azərbaycanda Narkomaniyaya qarşı mübarizənin gənclər arasında marifləndirilməsində YAP Şəmkir rayon Gənclər Birliyinin rolu mövzusunda tədbir keçirildi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon Gənclər Birliyinin üzvləri, rayonun İdarə, müəssisə və təşkilatında çalışan gənclər və YAP fəalları iştirak etdilər.

Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da narkomaniya problemi mövcuddur və ölkəmiz artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirir. Bu gün bu problemlə mübarizədə cəmiyyətin bütün təbəqələri, o cümlədən qeyri-hökumət təşkilatları da böyük fəallıq göstərirlər.
F.Vəliyev qeyd etdi ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə isə narkomaniya əleyhinə yeni metodlar tətbiq edilib. Belə ki, “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə narkomaniya əleyhinə layihəni icra edib. Həmin təşkilat gənclərin maariflənməsi, onlar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi yönündə bir sıra tərbiyəvi, mədəni-kütləvi tədbirlər həyata keçirib.

Sonra çıxış edən YAP Şəmkir rayon Gənclər Birliyi sədrinin müavini İlkin Musayev bildirdi ki, bildiyimiz kimi, narkomaniya bu gün qlobal problemlər sırasında duran bir məsələdir. Bütün dünya bu problemlə mübarizə aparır, eyni zamanda, dünya dovlətləri bu problemin səbəblərini və nəticələrinin qarşısının alınması ücün müştərək, birgə fəaliyyət göstərmək məqsədi ilə müqavilələr imzalayır, hətta narkomaniya ilə bağlı bir sıra qanunlar tətbiq edilir. Hər birimiz televiziya və mətbuat orqanları vasitəsi ilə şahidi oluruq ki, istər ölkə daxilində, istər ölkə xaricində ”ağ ölüm” adlandırılan narkomaniyaya qarşı bir sıra layhələr təşkil olunur və həyata keçirilir, istər dövlət tərəfindən, istərsə də Qeyri Hökümət Təskilatları və birliklər tərəfindən göründüyü kimi, Narkomaniya cox ciddi problemlər sırasındadır. Azərbaycan dovləti də bu problemə qarşı qanunvericilik çərçivəsində mübarizə apararaq qarşısının alınması üçün bir sıra tədbirlər həyata kecirməkdədir.
İ.Musayev qeyd etdi ki, bu gün bu tədbirin təşkil olunması bir daha dövlətimizin biz gənclərə və vətəndaşlarımıza olan qayğı və diqqətini əks etdirir. Çünki Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir və Azərbaycanın gələcəyi sağlam olmalıdır. Bunu hər bir gənc, hər bir vətəndaş dərk edərək öz üzərində bu məhsuliyyəti hiss etməli, Vətənə, millətə layiqli bir övlad olmaq ücün, ilk növbədə, öz sağlamlığının qeydinə qalmalıdır, sağlam həyat tərzi secməlidir.

Çıxış edən YAP Şəmkir rayon təşkilatı Aparatının rəhbəri Şövqi Həsənov bildirdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd narkomaniyanın cəmiyyətdə, xüsusən yeniyetmə və gənclər arasında yayılmasının qarşısının alınmasında aparılan maarifləndirmə, təbliğat işlərini daha da gücləndirmək, onlara sağlam həyat düşüncəsini və davranış modellərini aşılamaqdan ibarətdir. Məhz bu günkü Yeni Azərbaycan Partiyası Şəmkir rayon Gənclər Birliyinin təşkil etdiyi narkomaniyaya qarşı bu tədbir də eyni missiyanı daşıyır və həmin xeyirxah əmələ dəstək verir.

Tədbirldə çıxış edən digər gənclər bu sahədə maarifləndirmənin daha da güclənməsinə köməklik edəcək bu kimi tədbirlərin davamlı olması, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olması, həmçinin belə tədbirlə gənclərimizin daha fəal cəlb olunmasının vacibliyi bildirdilər

Administratorla əlaqə

077 611-55-22

[email protected]