Gündəm

Şəmkir möminlərinə və ruhanilərinə qan udduran icma sədri...

18-10-2015, 19:07
Şəmkir möminlərinə və ruhanilərinə qan udduran icma sədri...  Şəmkir müsəlmanlarından Xalqxeber.az saytına daxil olan məlumatda qeyd olunur ki, Şəmkir rayon mərkəzində yerləşən Hz Əli (ə) adına olan məsciddə bir sıra problemlər yaşanır. Cümə namazına qadağa, bəzi mərasimlərin keçirilməsinə maneçilik yaratmaq, məscidin ruhanilərinə qarşı çirkin təbliğatların aparılması bu deyilənlərin bir hissəsidir. Bütün bu problemlərə səbəb, məscidin icma sədri (möminlər onun imam camaat qalmasını istəmir) Natiq Şıxəliyev olduğunu qeyd ediblər.
Qeyd edək ki, daha öncə, Şəmkirdə məscid sökməklə bağlı da problem yaşanmışdı.
QEYD: Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini yazmağa hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]