Əsas Səhifə / Şikayət

Azercell-dən müştəriyə qarşı hörmətsizlik - Şikayət

7-02-2017, 15:50
Azercell-dən müştəriyə qarşı hörmətsizlik    - Şikayət
Daxil olan məlumata əsasən Azercell şirkətindən müştəriyə zəng edərək guya müştərinin 3-4 ay əvvəl edilmiş müraciətlə əlaqəli problemin olub-olmaması barədə məlumat almaq istəyib. Şirkətin işçisi zəngə dərhal “Kiminlə danışıram” (bu "Siz kimsiz" mənasını verir, çünki əgər müraciətlə bağlı problemə görə zəng edib soruşan işçi kimə zəng etdiyiniz çox gözəl bilir, bunu bilə bilə müştəriyə belə müraciəti yolaverilməzdir) sualı ilə başlaması müştərini təəccübləndirib. Zəngin səbəbi barədə dəqiq cavab ala bilməyən müştəri dərhal Azercell müştəri xidmətləri ilə əlaqə saxlayaraq zəngin səbəbini və hansı haqla bu tərzdə danışması barədə müraciət edib. Bir neçə gündən sonra əlaqə saxlayaraq heç bir problemin aşkarlanmadığını söyləyən şirkət nümayəndəsinin cavabı müştərini hiddətləndirib. Belə ki, guya araşdırılıb və məlum olub ki, heç bir kobudluq aşkarlanmayıb. Müştərinin zəngə özünüz və ya araşdırma aparan əməkdaşınızın qulaq asıb-asmadığını soruşduqda isə daxili prosedurla aşkar olunmadığı cavabı verilib. Belə müraciəti ancaq həmin zəngə danışıb qulaq asmaqla araşdırmaq lazım olduğu halda görünür hələ də zəngə qulaq asmayıblar. Zəngin müraciətdən 3-4 ay sonra nə üçün edildiyi barədə də yenə də dəqiq cavab gəlməyib və bununla da araşdırmanın yekunlaşdığını söyləyiblər. Müştəri isə müraciətin yenidən daha ətraflı araşdırılmasını xahiş edib. Növbəti gün zəng edərək eyni sözləri Azercell şirkətinin nümayəndəsi müştərinin nəzərinə çatdırıb və işçilərinin yüksək səviyyədə mədəniyyətə malik olduğunu deyib. Müştərinin müraciət zamanı tələb etdiyi kobud müraciət və zəngin səbəbi isə yenə də düzgün çatdırılmayıb. Belə çıxır ki, “araşdırma” və ya özlərinin dediyi kimi “daxili prosedur”a əsasən zəngə qətiyyən qulaq asılmayıb və müştəri bu formada təhqir olunmuş sayılır, çünki müştərinin müraciəti boş sayılaraq öz işçilərinin etikadan kənara çıxmaması hesab olunur və qətiyyən öz işçilərinin heç bir kobud rəftara və etikadan kənar müraciət və ya danışığa yol verməməsi qeyd olunur. Bu barədə mediada belə müraciətləri işıqlandırmaq lazımdır ki, bəlkə işçilərinin kobud rəftarını araşdırıb və anlayıb şirkət adından üzr istəyələr.

Müştəninin yeganə istəyi isə bu müəmmalı zəngin səbəbini bilmək və nə üçün bu zaman işçinin kobud rəftar etməyimi yoxsa yoxlamaq məqsədi ilə soruşmasıdır. Hər iki halda işçinin belə müraciəti yolverilməzdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]