Siyasət / Texnologiya

PKK-ya bağlı “Azercell”dən müqavilə soyğunçuluğu

10-11-2016, 23:28
"Azercell” şirkəti növbəti dəfə soyğunçuluq əməllərinə başlayıb. Belə ki, abunəçilər üçün abunə haqqı müqavilə ilə tələb olunmayan nömrələrə "haqq” tətbiq edilir. SMS-də tətbiq olunan tarixdən bu gün göndərilir”. Bu sözləri şirkətin abunəçisi Amil Əsədov yazıb.Onun sözlərinə görə, "Azercell” artıq hər ay istədin-istəmədin 3 manat tələbini qoyur və qanunun tələblərini pozur. Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında insanları ən çox aldadan "Azercell” adlı mobil operatordur. TeliaSonera şirkətlər qrupunun bir hissəsi olan "Azercell” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən, abunəçilərinin sayı ilbəil azalmaqdadır. 17 ölkədə fəaliyyət göstərən TeliaSoneranın 2012-ci ildə ümumi istifadəçilərinin sayı 300 milyon nəfər təşkil edirdisə, 2015-ci ildə bu göstərici cəmi 170 milyon olub. Eləcə də Azərbaycanda bir il öncə "Azercell” abunəçilərinin sayı 5 milyon nəfərə yaxın olduğu halda, bu gün artıq onların sayı 3 milyon 800 minə qədər olub. Azalmaya səbəb, təbii ki, qüsurlu xidmət, eləcə də abunəçilərə qarşı fırıldaq, oğurluq və dələduzluq faktlarıdır.
"Azercell” mobil operatorun abunəçilərə maddi-mənəvi ziyan vurmaqla yanaşı, insanların heysiyyətinə toxunan əməllərə yol verdiyi də öz təsdiqini tapıb. Məlum olub ki, "Azercell” telecom Türkiyəni qan çanağına döndərən PKK terror təşkilatı ilə müəyyən əlaqələrə malikdir. Bu barədə KİV-də yayılan məlumatlara görə, PKK üzvlərinin biri-biri ilə telefon əlaqələri üçün "Azercell”in xidmətindən istifadə etməklə qururlar. PKK-çıların "Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat Təşkilatı (MİT) onların telefonlarını da dinləyir.
Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. Azərbaycanda bəzi mobil operatorların müştəri cəlb etmək üçün əl atmadıqları yol qalmayıb. Söhbət konkret olaraq "Azercell Telekom” MMC-dən gedir. Bu mobil operatordan şikayətlər səngimək bilmir. Belə ki, davamlı olaraq bu mobil operator adi xidmətlər üçün insanları soyur.
Pul qoparmaq məqsədilə müxtəlif tarif paketlərinə əl atan "Azercell” abonentləri qıcıqlandırmağa başlayıb. Məqsəd adi xidmətlər üçün insanlardan maksimum pul qopartmaqdır, halbuki bu xidmətlər Azərbaycanda və xaricdəki, anoloji operatorların xidmətlərindən heç nə ilə fərqlənmir.(politika.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]