Əsas Səhifə / Texnologiya

"Bakcell"də 50 qəpiklik fırıldaq - Şikayət

5-01-2016, 12:55
"Bakcell"də 50 qəpiklik fırıldaq - Şikayət

VİZUAL.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində bu barədə məlumat verən Seymur Hacı bildirib ki, şirkət heç bir səbəb olmadan balansdan kontur silir.

O, bir neçə dəfə "Bakcell”in qaynar xəttinə müraciət etsə də, şirkətin fırıldağını "izah” edən olmayıb:

"Burdan "Bakcell”ə deyirəm! Bir az müştəri xidmətləri nə deməkdir anlayışını araşdırın! Elə bil kontur yox, kartof satandırlar. Kartofu, tərəzini bir yerə yığıb kartofu çəkib satırlar. Bayaq 2 SMS göndərmişəm və balansdan 50 qəpik pul çıxılıb. "Bakcell”in saytına daxil oldum .Sadəcə 2 müştəri xidməti nömrəsi var. Zəng edirsən, texniki dəstək üçün bayram mesajı qoyulub. Gözləyirsən, cavab verən yoxdur. Sonda isə 25 qəpik pul çıxır! Bunlar nə düşünürlər?! "Azercell” bunların yanında toya-bayrama gediləsidir. Onlarda onlayn dəstək də var. Uzun sözün qısası, "Bakcell”də xidmət sıfıra bərabərdir. Bu il gəlirləri azalan insanlarla birlikdə daha az kontur satıb, daha az pul qazananda və müştəri dalınca düşməyə başlayanda dərk edəcəklər ki, pul qazanmaq istəyirsənsə, keyfiyyətli xidmət göstərmək lazımdır. Daha kartof satmaq yox!”

Administratorla əlaqə

077 611-55-22

[email protected]