Texnologiya

“AZERCELL”DƏ İNANILMAZ FIRILDAQ - YENİLƏNİR

29-02-2016, 22:31
“AZERCELL”DƏ İNANILMAZ FIRILDAQ - YENİLƏNİRÖlkənin aparıcı mobil operatorlarından olan "Azercell” abunəçilərini aldatmaqda davam edir.

Şirkətin müxtəlif kampaniyalarda, internet tariflərində, danışıq paketlərində yol verdiyi peşəkar fırıldaqlar insanları cana doydurub.
Növbəti şikayət Cavanşir Abdullayev adlı abunəçidən gəlib. O, Feysbuk səhifəsində "Azercell”i yalançılıqda ittiham edib. Onun sözlərinə görə, "Hədsiz” tarif paketindən istifadə edir:
"Bu istifadə zamanı bizə verilən internet limiti bitib. Azercell heç bir məlumat vermədən 0, 07 qəpikdən birbaşa internetlə təmin edib və bunu ay sonu "hədsiz” tarif paketinə əlavə edib. Bu da nə az, nə çox 60 manatdır.
Mənə məlumat verildiyini deyirlər və yenə aylıq tarif əlavə edirlər. Yəni hər ay 49, 90 manat yazılır. Dəfələrlə müraciət olunmağına baxmayaraq, yenə də araşdırmaları davam edir. Belə abunəçilər çoxdur”.
Daha bir şikayət edən abunəçi Cəsarət Səfərəliyevdir. Onun dediyinə görə, "Azercell”in "Kombo” tarifi fırıldaqla məşğuldur: "Bu tarifdə verilən hədiyyə dəqiqəleə istər 2 saniyə danış, istər 59 saniyə, sonda 1 dəqiqə kimi balansdan çıxılır. Bizim pullarımızı kim yeyir belə?”
Ümumiyyətlə, Azercell istifadəçiləri şirkətin onlara "texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər. Şikayətlər əsasən, internet paketlərinə edilən yeniliklərlə bağlıdır.
Belə ki, "Azercell” şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.
Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]