Əsas Səhifə / Dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

4-02-2017, 19:54
Rəsmi Vaşinqton İrana qarşı iqtisadi sanksiyaları genişləndirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.

Sanksiya siyahısına İran, BƏƏ, Çin, Küveyt və Livan vətəndaşları olan 13 fiziki şəxs, həmçinin 12 şirkətin adı daxil edilib.

Şirkətlər İran İslam Respublikası, Livan, ÇXR və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərirlər.

ABŞ Maliyyə nazirliyində bildiriblər ki, sanksiyaların genişləndirilməsinə İranın ballistik raket proqramı səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]