Dünya

Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib

3-02-2017, 17:22

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, D.Tramp özünün “Twitter” səhifəsində aşağıdakıları yazıb:

“İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”.

Qeyd edək ki, bundan əvvəl D.Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini “qorxunc” adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]