Dünya

Həsən Nəsrullah: "Ey Ağa, ey İmam, arxayın olun"

7-05-2016, 12:11
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İslam Müqavimətinə Dəstək Şurasının tədbirinə qatılanlara Əl-Minar şəbəkəsi vasitəsilə müraciət ünvanlayıb.
 Xeberman.com  xəbər verir ki, müraciətdə deyilir: Ayətullah Xamenei və bütün İran məsullarının müqavimətə dəstəyi taleyüklüdür. "Ayətullah Xamenei bizi himayə etdiyi kimi, biz də Ona deyirik ki, ey Ağa, ey İmam, arxayın olun."
 
H. Nəsrullah əlavə  edib ki, düşmənlərin bizə qarşı həyata keçirdikləri planlarının uğurlu olması fikri bir xəyaldır. "
 
Müqavimət hərəkatına verdikləri bütün növ dəstəklərə görə təşəkkür edən Həsən Nəsrullah müqavimət hərəkatının ayaq üstə olduğu və ilahi vəzifəsinin və Fələstin üçün təyin edilmiş vəzifənin yerinə yetirildiyini deyib.
 
H.Nəsrulah hazırda  Yəmən və Suriya üzrə Küveyt və Cenevrədə keçirilən danışıqlara toxunaraq, Səudiyyənin müdaxilələri nəticəsində onların səmərə verməyəcəyini bildirib. 
 
O deyib ki, Səudiyyə Ərəbistanı məntəqəyə qarşı müharibə və fitnəkarlıqların bayraqdarıdır. 
 
Livan Hizbullahının baş katibi Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının Livan Hizbullahını terrorçu adlandırmalarını pisləyərək, bildirib ki, Ərəbistan Amerikaya və sionist rejimə xidmət edir.
 
 
H.Nəsrullah bildirib ki, 33 günlük müharibədən bu günə kimi sionistlərin qənaəti bu olub ki, müqaviməti dəstəkdən məhrum etsinlər və əsas dəstək Suriyadan idi.
 
Onun sözlərinə görə, Amerika görür ki, müqavimətin gücü xalqdadır, ona görə də xalqı Hizbullahdan uzaqlaşdırmaq istəyir.  
H.Nəsrullah qarşıdakı seçkilərdə hamını vəhdətə dəvət edib. 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]