Əsas Səhifə / Gündəm

Ağstafada sosial qayğı problemi - ŞİKAYƏT VAR

23-12-2015, 04:59
Ağstafada sosial qayğı problemi - ŞİKAYƏT VARDaxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər. İlk növbədə bizə müraciət edən safinlər belə bir məqamı vurğulayırlar ki, DSMF-nin Ağstafa rayon şöbəsinin müdiri Oqtay Məsmalıyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən vətəndaşlar müavinat alarkən ciddi əngəllərlə qarşılaşmalı olurlar. Oqtay Məsmalıyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Ağstafa sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində adi hal alıb. 20 ildir ki, bu şöbəyə rəhbərlik edən Oqtay Məsmalıyev maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü heç bir vasitədən istifadə etməkdən çəkinmir...” Daha sonra aldığımız məlumatlarda bildirilir ki, təqaüdlərin saxta yollarla artırılması da bu gün DSMF-nin Ağstafa rayon şöbəsində geniş tətbiq olunur. Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz dəfələrlə qeyd etmişik ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Lakin həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir. O cümlədən əldə etdiyimiz məlumatlara görə DSMF-nin Ağstafa rayon şöbəsinin iş prinsipi də tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Bu xüsusda məlumatda bildirilir ki, Oqtay Məsmalıyevin rayonda fəaliyyət göstərən bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini həmçinin sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu yolla “qənaət” olunan məbləğin yarısı isə, nəğd şəkildə Oqtay Məsmalıyevə təqdim edilir. Artıq qeyd olunduğu kimi, şöbə müdiri hal-hazırda Ağstafanın ən zəngin məmurlarından biri hesab olunur. Bununla bərabər iddia edilir ki, Oqtay Məsmalıyev Ağstafa Rayon İcra Hakimiyyətinin bəzi rəhbər işçiləri ilə də şərikli biznesə sahibdir. Bu xüsusda açıqlama verən mənbənin sözlərinə görə, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonda fəaliyyət göstərən əksər bank və digər maliyyə qurumlarının icarə əsasında yerləşdikləri binaların sahibidir. Oqtay Məsmalıyev isə, həmin binaların hər birinə 20-30% həcmində şərikdir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]