Ölkə

Ağdam sakini.Bərdə polisləri məni döyüb,xəsarət yetirdilər-VİDEO

9-11-2016, 18:14

Ağdam rayonu Şotlandlı kənd sakini Kend.info saytına Bərdə Ypx-i postunun əməkdaşları haqqında şikayət məktubu göndərib.Şikayətçi saytımızın Vattsap xidmətinə başına gələnlərlə bağlı qısa video süjet də ünvanlayıb.Qeyd edilən şikayəti dəyərli izləyicilərimizə təqdim edirik.

 

***

Mən Ağdam rayonu Şotlandlı kənd sakini Anar Hüseynov.Hal-hazırda Bərdə rayonu Ağaçadırlı kəndində yaşayıram.Bir qədər əvvəl də mən bu məsələ barəsində öz şikayətimi bütün ictimaiyyətə bildirmişdim.Ancaq çox təəssüflər olsun ki,hələ də müsbət yöndə heç bir tədbir görülməyib.Məni haqqımı tələb etdiyimə görə döyüb xəsarət yetirən Bərdə Ypx-i postunun əməkdaşları Rəşad,Orxan haqqında hələ də heç bir qanuni tədbir görülməyib.Əgər mən onlara rüşvət təklif etsəydim,onda onlar məni döyməzdilər.Ölkənin baş prokuroruna,dövlət başçısına,Bərdə prokuroruna,daxili işlər nazirliyinin 102 xidmətinə şikayət etmişəm ancaq tədbir görən yoxdur.Xəsarət aldıqdan sonra Bərdə rayon poliklinikasında müalicə almağım barəsində reseptlərim ola-ola heç kəs bu məsələni araşdırmaq istəmir.Belə özbaşnalıq,belə qanunsuzluq olar?Bəs biz dərdimizi kimə,hara deyək?

Administratorla əlaqə

077 611-55-22

[email protected]