Ölkə

QACQINLARA VERİLƏN TORPAĞI RÜŞVƏTLƏ SATIBLAR

22-07-2016, 13:01

 Ağdam  rayon sakini , hazırda Bərdə rayon Ağdam  rayon 4 yol 1 qəsəbəsində mənzil 681-də yaşayan  Qənbərov Sərvan Arif oğlu tərəfindən. Bir nüsxəsi də Xeberman.com-a daxil olan şikayət məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının Baş Naziri 
Cənab Artur Rəsizadəyə

Surəti: Azərbaycan Respublikası Milli Məcilisin 
Sədri Cənab Oqtay Əsədov

Surəti: Azərbaycan Respublikasının Baş Prokroru 
Cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər 
Naziri Cənab Ramil Usubova

Ağdam rayon 4 yol 1 qəsəbəsində mənzil 681-də yaşayan Qənbərov Sərvan Arif oğlu tərəfindən

M Ü R A C İ Ə T

Bununla Sizin nəzərinizə çatdırıram ki, Hörmətli Prezidentimiz qaçqınlara xüsusi qayğısı olaraq Dövlət hesabına tikdiyi mənzilləri qaçqınların şəraitini yaxşılaşdırmaq üçün mütamadi olaraq təmin etməkdədir. Buna baxmayaraq mənzilə ehtiyacı olmayan bir çox qaçqın, köşkün dəllal meydana gəlmişdir. Adlarına bir neçə ev olaraq satıb yenidən Bərdə rayon Dəmir yol vaqonuna sığınacağa yerləşdirilərək, digər evsiz-eşiksiz, şəraitsiz vaqon və yataqxanalarda, palatkalarda yaşayan digər qaçqın və köçkünlərin hüquqlarını kobudcasına tapdalayaraq, hansısa yenidən dələduzluq 2-ci və 3-cü dəfə ev alan şəxslər var. Bu şəxslərdən misal olaraq Ağdam rayon sakini Əliyeva İlduzə Yelmar qızı Bərdə rayonun Dəmir yol vağzalında qatarda olaraq elektrik sayğacı və neft adına aşkarlanaraq qaçqın kimi bütün imtiyazlardan tam olaraq istifadə edilmişdir. 
Prezidentin qaçqınlara xüsusi qayğısına əsasən Bərdə Dəmir yolunda yaşayan Əliyeva İlduzə Yelmar qızı Ağdam rayonunun baharlı qəsəbəsində 253 saylı evlə təmin olunmuşdur və ehtiyacı olmadığı üçün evi 2900 manata icra nümayəndəsinin əli ilə sataraq yenidən Bərdə rayonunda yerləşən Dəmir yol vağzalında olan sığınacaqlarına qayıdaraq lektrik sayğaclarını sığınacaqda olmağını yerli rayon qaçqın şöbəsində qeydiyyata alınaraq yenidən ev növbəsinə durmaqdadırlar. Əliyeva İlduzə Yelmar qızı Prezidentin humanistlik və qaçqınlara xüsusi qayğısından istifadə edərək övladlarının oğlunun və qızının hərəsinin adına ayrı-ayrılıqda ev alaraq satdırmış və icra nümayəndəsi Qorxmaz müəllimin əli ilə öz evini satdıqdan sonra oğlu Ceyhunun evin satışa qoymuşdur. İnanıram ki, bu cür dələduzları ifşa edərək evə ehtiyacları olmamasın nəzərə alaraq verilmiş mənzili əllərindən alaraq digər ehtiyacı olan qaçqına verəsiniz. Dələduzluqla dövlətə məxsus olan müklkiyyətin satanın, alanın hüququ müstəvidə cəzalandırasınız. Qanunun aliliyinə əsasən bu dələduzların yenidən ev növbəsində durmasından azad edəcəksiniz. Vətəndaş mövqeyini nəzərə alaraq Əliyeva İlduza Yelmar, Əliyeva Ətrabə Səyyab qızı və oğlu Ceyhun icra nümayəndəsi Qorxmaz müəllimin Bərdə rayon Dəmir yol vağzalının rəisin dövlətə qarşı naxələf əməllərinə aydınlıq gətirərək günahkarları cəzalandırmağınıza ümid bəsləyirəm. 
Diqqətinizə görə minnətdaram.

İmza: Qənbərov Sərvan Arif oğlu

28.03.2016-cı il

Administratorla əlaqə

077 611-55-22

[email protected]