Gündəm

Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir: TAM SİYAHI

28-04-2016, 15:00
Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir: TAM SİYAHI

Ermənistan ordusunun mövqelərimizi atəşə tutması nəticəsində cəbhənin Ağdam, Tərtər, Ağcabədi istiqamətində çox sayda yaşayış evinə külli miqdarda ziyan dəyib.

Bununla yanaşı yerli sakinlərdən də xeyli sayda yaralanan və xəsarət alanlar var.

Cebhe.info-nun bölgə müxbirinin verdiyi xəbərə görə yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cebhe.info yaralıların siyahısını təqdim edir:

1. Abdullayev Anar Nizami oğlu, 1984-cü il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kürəyindən qəlpə yarası alıb.

2. Qarayev Elgiz Elbrus oğlu, 1985-ci il təvəllüdlü, Ağdam rayonu Qaradağlı kəndi. Başından və dilindən qəlpə yarası alıb.

3. Məmmədov Elnur Polu oğlu, 1978-ci il təvəllüdlü, Ağdam rayonu Hacıməmmədli kəndi. Döş qəfəsindən qəlpə yarası.

4. Hüseynov Əli Museyib oğlu, 1949-cu il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Qarın boşluğundan qəlpə yarası.

5. Kərimov Sirdaş Şükür oğlu, 1959-cu il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kürək nayihəsindən qəlpə yarası.

 6. Rəhimov Zahid Vəliş oğlu, 1988-ci il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kəllə-beyin travması alıb.

7. Məmmədov Adil Mustu oğlu, 1967-ci il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Ayaq nahiyəsindən qəlpə yarası alıb.

8. Qaraşova Şəbnəm Səyyaf qızı, 1996-cı il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Sol qıçından qəlpə yarası alıb.

Bir mülki şəxs isə top mərmisindən aldığı ağır xəsarət nəticəsində həyatını xilas etmək mümlün olmayıb və yerindəcə dünyasını dəyişib. Onun barəsində tam dəqiq məlunat verilməsə də Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev olduğu bildirilir. Məlumat dəqiqləşdirilir, əlavə informasiya veriləcək.

Elgün Gəncimsoy

Rövşən Əsədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]