Gündəm

QAZAXDA DINI RADIKALIZMI KIM HIMAYƏ EDIR? -ARAŞDIRMA (VİDEO)

30-10-2016, 22:41
QAZAXDA DINI RADIKALIZMI KIM HIMAYƏ EDIR? -ARAŞDIRMA (VİDEO)
Mətbuat problemi işıqlandırdı,adiyyatı orqanlar isə ört-basdır etməkdə davam edir...
 
Qazax rayonunda dini radikalizmin yayılması haqqında ötən yazılarımızda ətraflı məlumat vermişdik.Dünən yerli KİV-də İlham Hocanın mövqeyi dərc olunub və bizi yalan informasiya yaymaqda,müsahibimizi isə "iranmeylli" adlandırıb. Adiyyatı qurumların problemə biganə yanaşması xəbər portalı olaraq bizi narahat edir və məsələnin ictimaiyyətə düzgün çatdırılması üçün təkrar olsada ətraflı izah edəcik...
 
Uluyol.info xəbər verir ki, son illər Qazax rayonunda dini radikal birləşmələrin, bir neçə təriqət mənsublarının xarici qüvvələrin təsiri altında öz niyyətlərin planlı şəkildə davam etdirməkdədir.Onu da qeyd edək ki,İslamın bir neçə qola ayırıb,bu istiqamətdə təbliğat aparılması nə Allah-Təalanın buyurduğu kitaba, nə də heç bir məntiqlə uzlaşmır.Qurani-Kərimdən bir ayənin müxtəlif cür təsfiri və s. bu kimi amillər əsas verir ki, təriqətlər arasında birinci olmaq davası gedir.Bir neçə dəfə şahidi olmuşuq ki,İslam ölkələrində müsəlmanların arasına ixtilaf salmaq məqsədilə öyrədilmiş şəxslər tərəfindən "sünni şiə məscidini partlatdı,və ya əksinə"... Müsəlman Allah evi sayılan məscidi partladarmı?! Bu kimi halların qarşısın alacaq adiyyatı qurumlar DTX, DİN, QMi, Dini komitə və ictimai nəzarət olmalıdır. Heç kəs Azərbaycanın İraq, Suriya formasına gəlməsini istəməz,əgər elədirsə o zaman ölkəmizi qorumaqda nə,və yaxud kim maneə olur?! 

Mətbu orqan olaraq Qazax rayonunda vəziyyəti ictimailəşdirdik,hansı ki,yazı dərc olunmazdan əvvəl QMİ, Dini komitə ilə əlaqə saxladıq.Suallarımızı sorğu şəklində istədilər,amma bir ay tamam olsada nə suala cavab, nə də düz əməlli araşdırma var... Yazımızda sünni ,şiə,vəhabi adı çəkilmələrini düzgün qiymətləndirməyinizi xahiş ediirk.Biz vəhdətin, birliyin tərəfadarıq,amma məsələ anlaşılsın deyə açıqlamalıyıq.Qazax Cümə məscidi tarixi memarlıq abidəsidir və inşasında şiə təriqət mənsubları xüsusi fərqləniblər.Ərazidə yaşayan sünni qardaşlarımızın ibadət yeri olan məscid son illər radikal birləşmələrin təbliğat deposu rolu oynayır.Buna vasitəçilik edən İlham Hocanın xarici kəşfiyyat orqanları ilə əlaqəsi, regionda vəhabiliyin yayılmasında xidmətləri, radikal birləşmələrə aid ədəbiyyatların paylanılması və s. bu kimi amillərin araşdırlması birbaşa təhlükəsizlik orqanlarının işidir.Mətbuat yalnız problemi işıqlandıran, üzə çıxaran vasitədir.Xatırladaq ki,ilk yazımızda " Qazaxda Cümə məscidi radikal qrupların əlində,İmam Zaman(ə) məscidi dağıdılırhttps://uluyol.info/index.php?newsid=5491 " başlıqlı yazımızda ətraflı məlumat vermişdik.Yazı dərc olunandan sonra İlham Hoca redaksiya nömrəsinə zəng edərək uluyol.info xəbər portalın məhkəməyə verəcəyin bildirmişdi.Müsahibimiz Seyid Rəşad Ələkbərovu isə ölümlə təhdid etmişdi. "Jurnalisti məhkəmə,şikayətçini ölümlə hədələyən İlham Hocanın sərgüzəştləri https://uluyol.info/index.php?newsid=5716yazımızda isə maraqlı məqamlar üzə çıxmışdı.Hansı ki,QMİ tərəfindən üç rayona-Qazax,Tovuz,Ağstafa rayonlarına qazi təyin olunan İlham Hoca Cümə məscidinə dini bilik almaq məqsədilə gələn məktəbli qızla qeyri əxlaqi hərəkətləri üzə çıxmışdı.
 
Adının çəkilməsi istəməyən xanım tələbə İlham Hocanın ona sosial şəbəkələr vasitəsilə yolladığı mesajları,fotoları, audi-yazıları toplayıb Qazax rayon polis şöbəsinin 1 saylı sahə rəisi mayor Budaqov Amilə təqdim etmiş və İlham Süleymanov haqqında şikayət ərizəsi yazmışdır.Amil Budaqov isə şəkillərin telefondan silinməsi,rəfiqəsində olan fotolarıda silməsini tələb edərək izahat yazdırmışdır.Sonda iki ədəd 50 manatlıq əskinaz verərək söhbəti bağlamağı tapşırmışdır.Polisin həmin fotoları mətbuatda olmasın görüb xanım tələbənin evinə gedərək ailəsinə məsələni açıqlamış və burda Seyid Rəşad Ələkbərovu günahlandırmışdır.Həmin fotoları, polislə danışıq yazısı, həmin 50 manatlıq əskinazların fotoları bizdə var. Amma bu işin rayon polis şöbəsi hüdudlarından çıxması səbəbi ilə bütün informasiyaların toplum halında Dövlət Təhlükəsizlik Nazirliyinə təqdim edəcik.Xatırladaq ki,bizdə olan fotoların böyük qismi rayon DTX əməkdaşlarınada təqdim edilib. Müsahibimizin bildirdiyinə görə İlham Süleymanovun onu ölümlə təhdid etməsindən sonra rayon DTX-nin məsul işçisi Müşfiq müəllimə bildirib və həyatı təhlükəsizliyin nəzarətə götürüləcəyin bildirmişlər.
Həyətyanı sahəsin ehsan edib,İmam Zaman(ə) adına məscid tikdirmiş,öz hesabları ilə avadanlığı alınan məscidin dövlət qeydiyyatında yaranan problemin arxasında dayanan qüvvələri axtararkən,fakt özü bizi tapdı.Beləki, dünən yerli media orqanlarında(avropa.info,avrasya.net,mediaxeberleri.az) İlham Süleymanovun açıqlamasında məscidin fəaliyyətində yaranan qadağanın onun səbəbkar olduğun açıqlayıb.Məqsəd isə iranmeylli fəaliyyət göstərilməsi göstərilib.

Müsahibimiz Seyid Rəşad Ələkbərovun mətbu orqanlarda onun barəsində iranmeylli söz-söhbətlərinə cavab olaraq uluyol.info-ya yolladığı videonu təqdim edirik:

 
Mətbu orqan olaraq məsələnin ciddiliyin nəzərə alıb, əlimizdə olan faktları Dövlət Təhlükəsizlik nazirliyinə yolayacağıq.Üç rayona qazi təyin olunmuş şəxsin bu kimi əmələri həm təyin edilmiş qurumun adın,həmdə İslama ləkə salması səbəbindən QMİ-dən məsələyə münasibət göstərməsin tələb edirik.Gəlin ,Azərbaycanımızı qoruyaq...
 
İnternet üzərindən İlham Hoca barəsində axtarış apararkən 2014-cü ilə aid maraqlı yazı rastımıza çıxdı-(https://musavat.com/news/qazax-mescidinin-imami-vehhabilerle-xash-yemeye-gedir-iddia_237018.html)
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]