---

40 Dini kitaba qadağa qoyulub

25-07-2016, 20:23

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən Xeberman.com - a verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib.

Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2016-cı ilin 6 ayında Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: "Ötən dövrdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.

M. Qurbanlı bildirib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb. 6 ayda Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub və onların 95 faizi icra edilib, digərləri icra prosesindədir.
Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb.

Hesabat yığıncağında Dövlət Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi” və  "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş 8 əməkdaşına medallar təqdim edilib.

40 Dini kitaba qadağa qoyulub
40 Dini kitaba qadağa qoyulub
40 Dini kitaba qadağa qoyulub
40 Dini kitaba qadağa qoyulub

Administratorla əlaqə

077 611-55-22

[email protected]