10 dekabr 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Nə ? Harada? Nə zaman?” tipli intellektual bilik yarışması həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə,
Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Nərimanov Rayon Gənclər və İdman
İdarəsinin və Azərbaycan Turizm
İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatı dəstəyi ilə Azərbaycan
Turizm və Menecment Universitetində "Mən
fövqəladə hadisələrə qarşı mübarizəyə hazıram”
adlı layihə çərçivəsində fövqəladə hadisələrin qarşısının
alınması qabaqlayıcı tədbirlər mövzusunda
"Nə ? Harada? Nə zaman?” tipli intellektual bilik yarışması həyata keçirilmişdir.
Bilik yarışması 05 dekabr 2016-cı il tarixində fövqəladə
hadisələrin qarşısının alınması qabaqlayıcı tədbirlər mövzusunda baş vermiş təlimin
davamı olaraq iştirakçılar arasında "Nə ? Harada? Nə zaman?”
tipli intellektual bilik yarışması keçirilmiş və yarışmada 17 komandadan ibarət
olmaqla 100 nəfərdən çox gənc mübarizə
aparmışdır.
Yarışmanın birincisi "Fenomen”, ikincisi "Angremen”, üçüncüsü isə "Difai” komandası olmuşdur. Sonda bütün iştirakçılar sertifikatlarla, qalib komandalar isə mükafatlarla təltif olunmuşlar
Qeyd edək ki, layihənin məqsədi insanlardan asılı olan fövqəladə hadisələrin baş verməməsi üçün önləyici qabaqlayıcı tədbirlər mövsuzsunda tələbələr arasında maarifləndirmə tədbirlərinin aparılması, tələbələri fövqəladə hadisələrə səbəb olacaq davranışlara yol verməkdən çəkindirmək, onları təbii və texnogen fövqəladə hallar zamanı nə etməli?, Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli? İlkin tibbi yardımı necə göstərməli?hadisə anında necə düzgün davranmaqları haqqında maarifləndirməkdir.



