Maraqlı

İctimai xadim ciddi zərbəyə məruz qalan məşhur modelyer Leyla Əhmədovaya dəstək oldu – VİDEO – FOTO

20-10-2016, 00:52
İctimai xadim ciddi zərbəyə məruz qalan məşhur modelyer Leyla Əhmədovaya dəstək oldu – VİDEO – FOTO

Artıq bir neçə gündür öz ofisində ("Modalar evi”) məkanı icarəyə götürdüyü binanın sahibi tərəfindən girov saxlanılan məşhur azərbaycanlı modelyerLeyla Əhmədovaya yaxın dostu, ictimai xadim Hacı Quliyev dəstək olub.

Xeberman.com-un verdiyi məlumatına görə, dünən "Lider” telekanalında Nuranə Gülərin təqdimatında canlı yayımlanan "Çıxış yolu” verilişini izləyən ictimai xadim Hacı Quliyev hadisəyə şahid olub və həm dostluq, həm də iş münasibətləri olan modelyer Leyla Əhmədovaya hüquqi baxımdan deyil, mənəvi dəstək olub.

Verilişə telefon bağlantısı ilə qoşulan H.Quliyev dostu haqqında fikirlərini səsləndirib. O, modelyerin başına gələnlərdən şok vəziyətində olduğunu söyləyib:

"Mən gördüklərim qarşısında şokdayam. İnanın, qətiyyən emosiyalarımı cilovlaya bilmirəm. Leyla Əhmədova ilə bağlı məsələnin hüquqi tərəfdən qarışmıram. Amma onu deyə bilərəm ki, Leyla xanım Azərbaycan xanımıdır və çox dəyərli iş adamıdır. Leyla xanımın moda evinin bu hala gətirilməsini görəndə, inanın ki, şok vəziyyətində oldum. Çünki həmin məkanda hər bir xırda detal sənət əsəri idi.

Hal-hazırda Leyla xanımın məkanda olub-olmamasını nəzərə almadan, həmin məkana yollanıram və o, acdırsa-ac, susuzdursa-susuz, qaranlıqdadırsa-qaranlıqda, onunla bərabər olacağam. Hər kəsi səsləyirəm: hamımız Leyla Əhmədovaya dəstək olmalıyıq! Çünki o qadın həqiqətən özünü Azərbaycan dəb mədəniyyətinə həsr edib.”

Qeyd edək ki, H.Quliyev L.Əhmədovanın məkanına gedərək, modelyerə dəstəyini əsirgəməyib.

Məlumat üçün bildirək ki, modelyer Leyla Əhmədova icarəyə götürdüyü məkanı dəbdəbəli moda evinə çevirib və məkan əvvəlki vəziyyətindən inqilabi dəyişikliyə məruz qalaraq, estetik baxımdan göz oxşayıb, diqqət çəkib. O, məkana külli miqdarda yatırım edib. Ancaq bütün bu gözəlliyə göz yuman məkan sahibi Leyla Əhmədovanı məkanı tərk etməyini və yüksək məbləğdə pul ödəməyi tələb edib ki, bu da tərəflər arasında mübahisəyə səbəb olub. Həmçinin məkan sahibi məkana ciddi zərər vurub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]