Ölkə

Zaqatalanın baş həkiminə qarşı daha bir rüşvət ittihamı

17-02-2016, 15:36

Xəstə vətəndaş Zaqatala RMX-nın baş həkimini rüşvət almaqda və düzgün müzlicə ala bilmədiyinə görə həyatının təhlükəyə atmaqda ittiham edir.

«Qan analizi 15-20 manat, ulturasəs müayinə 15 manat, rengen 25 manat, cərrahiyə əməliyatı 450 manatdan-1500 manata qədər yüksəlir, o da ki belə xəstələri mənim kimi bədbəxt edirsiniz».

Zaur Ömərov: «Bu müraciətimi etməkdə məqsədim odur ki, əgər ölərəmsə, əvvəlcədən bilin ki, bunun günahkarı başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla, cərrah həkimlər Azər Salmanovun və Hacı Əlixanovun üzərinə düşəcək».

Zaqatala rayonunun Makov kənd sakini Zaur Ömərov Aydın oğlu mətbuata müraciət edərək Zaqatala Rayon Mərkəzi Xəstənaxanasının baş həkimini rüşvət almaqda ittiham edib. Xəstə vətəndaş yanvarın 6-da Zaqatala Rayon Mərkəzi Xəstənaxanasında kor bağırsağından cərrahiyə əməliyyatı olub.

PİA.AZ Zaur Ömərovun müraciətini ixtisarla təqdim edir:

«Bu zaman savadsız həkimlər həyatımı ciddi təhlükə altında qoyublıar. Kor bağırsağın cərrahiyə əməliyyatı üçün məndən 450 manat aldılar. Şikayətim pulun alınmasından deyil. Ancaq savadsız həkimlərin səhvi nəticəsində bağırsağıma infeksiya düşüb deyə səhhətim ağırlaşdı.

Məni təcili Bakı Topçubaşov adına Mərkəzi Kliniki Xəstəxanaya gətirdilər. Bu gün məni təkrar cərrahiyə əməliyyatı edəcəklər. Bu müraciətimi etməkdə məqsədim odur ki, əgər ölərəmsə, əvvəlcədən bilin ki, bunun günahkarı başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla, cərrah həkimlər Azər Salmanovun və Hacı Əlixanovun üzərinə düşəcək».

Vətəndaş bildirib ki, səhiyyə naziri Oktay Şirəliyev Zaqatala səhiyyəsi ilə maraqlanmır: «Leyla Seydəliyeva barəsində əsaslı tənqid dərc edilənkimi pul gücünə telekanalı dəvət edib özünü və bərbad günə saldığı xəstəxanasını saxtakarlıqla təriflətdirir. Qan analizi 15-20 manat, ulturasəs müayinə 15 manat, rengen 25 manat, cərrahiyə əməliyatı 450 manatdan-1500 manata qədər yüksəlir, o da ki belə xəstələri mənim kimi bədbəxt edirsiniz. Səhiyyə nazirinin müavini Nigar Əliyevadır ki, onu himayə edir». (tia.az)

Qeyd edək ki, Zaqatala Rayon Mərkəzi Xəstənaxanasının baş həkimi Leyla Seydəliyeva haqqında ötən həftə də rüşvət ittihamı səsləndirilmişdi. Uşaq ölümü ittihamı ilə bağlı PİA.AZ-a açıqlama verən baş həkim Leyla Seydəliyeva iddia ilə bağlı prokurirluğun araşdırma apardığını bildirmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]