Hacı Quliyev Qurban bayramında övladları fiziki qüsur olan ailəni ziyarət edib – VİDEO – FOTO
Dünən "Lider” televiziyasında yayımlanan "Çıxış yolu” adlı yeni layihənin buraxılışı maraqla qarşılanıb.
Bu barədə mətbuata verilişin fəxri qonaqlarından olan ictimai xadim, ailə məsələləri üzrə tanınmış ekspert Hacı Quliyev deyib. O, bildirib ki, əsasən sosial mövzuların müzakirə olunan verilişdə bir sıra sosial mövzulardan söhbət açılıb və digər ekspertlərlə bərabər vətəndaşların üzləşdiyi sosial problemlərin həll yolları tapılmasına səy göstərilib:
"Bu kimi verilişlər problem həlli qarşısında aciz qalan insanlar üçün hədsiz dərəcədə faydalıdır. Bu səbəbdən də öz imkanlarım çərçivəsində verilişə müraciət edən hər kəsə köməyini əsirgəməyəcəyəm.”
Onu da qeyd edək ki, H.Quliyev elə himn gün-müqəddəs Qurban bayramında iki övladı fiziki qüsur olan ailəyə baş çəkib və həmin ailədə çay süfrəsinə qonaq olub:
"Qonağı olduğum bu ailənin simasında əsl azərbaycanlı ailəsi gördüm. Bu ailədə 10 ildir ki, iki fiziki qusürlu övlad böyüyür. Qohumların, yaxınların təkidinə baxmayaraq, valideynlər övladlarını heç bir dövlət sığınacağına verməyi belə düşünmür. Uşaqlar valideyn və nənə, baba məhəbbəti ilə hədsiz dərəcədə əhatə olunub. Bu cür yüksək mənəviyyata sahib olan ailələri gördükcə, hər hansı bir vəziyyətdən asılı olmayaraq, insan şərəflə, ləyaqətlə getdiyi yolu düşünərək, bu örnəklərin daha çox işıqlandırmasına səy görsədirsən.”
Məlumat üçün bildirək ki, ictimai xadim H.Quliyev dəfələrlə aztəminatlı ailələrə, əlil insanlara və onların ailələrinə maddi-mənəvi yardım edib.